0
ionel messi 5 yaşında atasının məşqçilik etdiyi "qrandoli" klubunda futbol oynamağa başlayıb. 1995-ci ildə, 11 yaşında messi "newell's old boys" klubuna keçir. klubun həkimləri isə ona "i̇nkişafdan qalma" diaqnozu qoyurlar. bu ərəfədə argentinanın məşhur "river plate" klubu onu almaq istəyir. lakin onun müalicəsi üçün aya 500 dollar vermək lazım idi ki, klubda bununla razılaşmaq istəmirdi. hər şeyin müəmmalı qaldığı bir vəziyyətdə "barselona"nın idman direktoru carles rexach messi-nin oyununu görür və onunla müqavilə bağlayır. bundan sonra "barselona" bütün müalicə xərclərini öz üzərinə zütürür və messi ailəsi ilə birlikdə avropaya köçür. burda yeni həyata qədəm qoyan messi klubun gənclər komandasında çıxış etməyə başlayır.
messi klubda ilk debüt oyununu 16 oktyabr 2004-cü ildə espanyol komandasına qarşı keçirir. bu zaman o klubun heyətində çıxış edən ən gənc oyunçu kimi tarixə düşür. albacete klubu ilə oyunda ilk qolunu vuran zaman onun cəmi 17 yaşı var idi və messi "barcelona" klubunun tarixinə ən gənc qol vuran oyunçu kimi düşdü.
16 sentyabr 2005-ci ildə klub messi ilə 2014-cü ilə qədər müqavilə bağladı. həmin mövsüm sentyabrın 27-də o ilk dəfə çempionlar liqasında çıxış etdi. bu zaman gözəl ötürmələri və meydanda ronaldinyo ilə gözəl anlaşması 70 minlik nou camp stadionunun ayağa duraraq onu alqışlaması ilə nəticələndi. həmin ilin dekabrında i̇taliyanın "tuttosport" jurnalı ona "golden boy 2005" mükafatını verdi.
18 aprel 2007-ci ildə "getafe" klubu ilə qarşılaşmada o 2 qol vurdu. qollardan biri maradonanın 1986-cı ildə i̇ngiltərəyə vurduğu məşhur qolun təkrarı idi. o təxminən eyni məsafəni qaçdı (62 m), eyni sayda oyunçuları keçdi (6 oyunçu) və qolu eyni vəziyyətdən vurdu. sonda isə bayrağ tərəfə qaçaraq, maradona 21 il əvvəl etdiyi kimi qolu bayram etdi. bu zaman dünya mətbuatında messi və maradona müqayisəsi qızışmağa başladı. i̇spaniya jurnalistləri ona "messidona" ləqəbini verdilər. sonralar "espanyol" klubu ilə oyunda əl ilə vurduğu qol maradonanın ayrı bir məşhur qolunun: "tanrının əli" qolunun bir daha təkrarı oldu.
2008-ci ildə i̇spaniyanın "marca" jurnalı 77 faiz səslə onu ilin ən yaxşı oyunçusu seçdi. 2009-cu ildə dünyaca məşhur futbolçular ronaldinyo, samuel eto'o, frank raaykard, víktor fernandez, bernd şuster, guti, raul, canluka zambrotta, françesko totti, antonio kassano, diego maradona və pele onu ilin ən yaxşı oyunçusu mükafatına ən real namizədlərdən biri hesab edirdilər. bu məsələdə onlar yanılmamışdılar. belə ki, lionel messi uefa tərəfindən 2009-cu ilin ən yaxşı klub futbolçusu elan edilib. o, "barselona" klubunun çempionlar liqasının son qalibi olmağında böyük rol oynayıb. təltifetmə monakoda keçirilib. bundan savayı, messi ilin ən yaxşı hücumçusu adını da qazanıb. ən yaxşı yarımmüdafiəçi adı isə onun həmklubçusu xavi ernandesə, ən yaxşı qapıçı da «mançester yunayted»dən edvin van der sara, ən yaxşı müdafiəçi adı isə «çelsi»nin kapitanı con terriyə verilib. qeyd edək ki, messi keçən mövsüm çempionlar liqasında 9 qol vurub. ən vacibi isə finalda «mançester yunayted»in qapısına vurduğu qoldur. ümumiyyətlə, 22-yaşlı messi keçən mövsüm «barselona»nın heyətində 38 qolun müəllifidir. lionel messi uefa-nın baş mükafatını qazanan sayca 2-ci argentinalıdır. ondan əvvəl bu ada 2000-ci ildə «real madrid»də oynayan fernando redondo layiq gör
Tümünü Göster