1. 26.
    0
    Quti və Anri istanbul yolunda

    Bir sıra məşhur futbolçuları hədəfinə alan "Qalatasaray" transfer bombasını partlatmağa hazırlaşır. Türkiyə mətbuatının məlumatına görə, "Cim-Bom" Fransa yığmasının və "Barselona"nın ulduz futbolçusu Tyerri Anri ilə maraqlanır.
    Məlumatda bildirilir ki, yayda "Barselona"dan gedəcək futbolçu ilə danışıqlara başlayan "Qalatasaray" rəhbərliyi onunla tam razılıq əldə etdikdən sonra Kataloniya klubu ilə danışıqlar masası arxasına oturacaq. Məlumata görə, fransız ulduz "Qalatasaray"da oynamağın əleyhinə deyil və böyük ehtimalla istanbulluların təklifinə müsbət cavab verəcək.
    "Milliyət" qəzeti isə "Qalatasaray"ın digər ispaniya nəhəngi - "Real"dan da bir ulduz transfer etmək niyyətində olduğunu yazıb. Belə ki, "Aslan" Quti Hernandeslə maraqlanır. Məlumata görə, "Qalatasaray" ispan ulduz futbolçuya 4 milyon avro və bir illik anlaşma təklif edib. Pul məsələsində razılığa gələn Qutinin müqavilənin müddətinin iki il olmasını istədiyi deyilir.

    bir de bu var azeri menşelli :D

    http://cimbom.az/news_401.html
    ···
   tümünü göster